“F-Holding” MMC 07.07.2022-ci il tarixində İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyasının prezidenti, İspaniyanın şimali və Fransanın cənubi bölgələrinin Diaspora Sədri, o cümlədən, Avropada təsis edilmiş Azərbaycan Qarabağ Atları Assosiasiyasının prezidenti, eyni zamanda Alianza de Proyectos İnternacionales GCP S.L. - nin təsisçisi olan Fərid Mustafayev tərəfindən təsis edilmişdir. Cəmiyyət İspaniya Krallığı və digər inkişaf etmiş ölkələrdən xarici investorların cəlb edilməsilə, kənd təsərrüfatı və balıqçılıq, ərzaq məhsullarının istehsalı, alternativ enerji istehsalı, tikinti, İnformasiya Texnologiyaları, dağ-mədən, neft-qaz sənayesi, incəsənət, idman və digər sahələrdə beynəlxalq təcrübənin və süni intellektin tətbiq edilməsilə, Azərbaycan Respublikasının iqtisadiyyatının müxtəlif sahələrinin daha da inkişaf etdirilməsi məqsədilə bir sıra layihələr həyata keçirməkdədir.