"F-Holding" MMC ilə “Energy İnfinity X” şirkətinin Neftçala rayonuna səfəri
Lorem 1 AZ -
07.05.2024
25 Fevral 2024-cü il tarixində Neftçala rayonuna səfərdə "F-Holding" MMC-nin idarə heyəti və onun təşəbbüsü ilə Azərbaycana səfərdə olan “Energy İnfinity X” şirkətinin idarə heyəti iştirak etmişdir. Səfərin ilk hissəsində Neftçala Rayon İcra Hakimiyyətinin başçısının müavini Ağayev Burcalı və qonaqlar arasında keçirilmiş iclasda qonaqlara rayonda keçiriləcək abadlıq işləri ilə əlaqədar, həmçinin gələcəkdə həyata keçiriləcək "yaşıl enerji" və digər layihələr haqda geniş məlumat verilmişdir. Görüşdən sonra isə, müxtəlif məqamların əyani şəkildə daha da aydınlaşdırılması məqsədilə əraziyə baxış keçirilmiş və tərəflər layihə ilə bağlı fikir mübadiləsi etmişlər. Səfərin davamında qonaqlar Xıllı Nərə Balıqartırma zavoduna da səfər etmiş, zavodun hazırki vəziyyəti ilə yaxından tanış olmuşdur.